NATO PA-nın seminarında aparıcı ilə Ermənistan nümayəndə heyətinin rəhbəri arasında mübahisə yaranıb

NATO PA-nın seminarında aparıcı ilə Ermənistan nümayəndə heyətinin rəhbəri arasında mübahisə yaranıb
# 17 iyun 2014 10:25 (UTC +04:00)

APA-nın məlumatına görə, “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarının növbəti hissəsinin mövzusu Ukraynadakı vəziyyət və Krım böhranı olub.

Mövzu ilə bağlı müzakirələr gedərkən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan yerindən müraciət edərək sualı olduğunu bildirib. O, söz aldıqdan sonra sual əvəzinə Azərbaycanı və iclasdakı azərbaycanlı deputatları ittiham etməyə başlayıb. K. Naqapetyanın iradının mövzusu Azərbaycan nümayəndə heyətinin Ermənistanı və onun prezidentini işğalçı və terrorçu adlandırması olub. Seminarın bu hissəsinə aparıcılıq edən NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsinin baş məruzəçisi Yulio Miranda dərhal onun sözünü kəsərək erməni deputata sərt xəbərdarlıq edib: “Siz nə edirsiniz? Məqsədiniz nədir? Axı burada mövzu tamam başqadır. Ayıb deyil?! Qurtarın bu komediyanı. Siz sual vermək adı ilə bizi aldadıb öz bəyanatınızı vermək istəyirsiniz, biz buna imkan verməyəcəyik. Ona görə də sizə artıq söz vermirəm”.

Bunu eşidən K. Naqapetyan əli ilə mikrofonu itələyərək narazılığını izhar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR