Hadı Rəcəbli: “Natamamlıq kompleksi yaşayan bir qadının cəmiyyət üçün yararlı insan yetişdirməsi sual altındadır”

Hadı Rəcəbli: “Natamamlıq kompleksi yaşayan bir qadının cəmiyyət üçün yararlı insan yetişdirməsi sual altındadır”
# 07 may 2014 14:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Depressiyaya meylli və gizli halda depressiya yaşayan xanımların böyük əksəriyyəti evdar xanımlardır”.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Sosial siyasət komitəsinin sədri deputat Hadı Rəcəblinin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.

H.Rəcəbli qeyd edib ki, indiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanda genderlə bağlı yeniliklərə imza atan ölkələr sırasındadır: “İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan üçün prioritet xarakter kəsb edir. Azərbaycanda qadınlara göstərilən diqqət, dövlət və ictimai sektorda qadınların fəallığı gender bərabərsizliyinin olmadığını göstərən mühüm faktordur. Qadınların cəmiyyətdə aktiv olması gələcək nəsillərin də inkişafını sığortalamış olur. Çünki qadın eyni zamanda anadır və tərbiyəçidir. Həyatda öz istəyinə çatmayan və natamamlıq kompleksi yaşayan bir qadının cəmiyyət üçün yararlı bir insan yetişdirməsi də sual altındadır. Bunun üçün hər birimiz hər zaman qadınlar üçün yaradılmış imkanlardan istifadə etmələri və cəmiyyətdə müəyyən mövqe tutmalarına kömək etməliyik”.

H.Rəcəbli qeyd edib ki, Azərbaycanda qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilməsi, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi qarşıdakı illərdə də gender siyasətinin əsasını təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR