Brüsseldə Yəhudi muzeyində baş vermiş atışma zamanı 4 nəfər ölüb

Brüsseldə Yəhudi muzeyində baş vermiş atışma zamanı 4 nəfər ölüb
# 24 may 2014 19:43 (UTC +04:00)

Bakı-APA. Brüsseldə Yəhudi muzeyində baş vermiş atışma zamanı 4 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belçikanın Libre Belgique nəşri məlumat yayıb. Belçika DİN-in rəhbəri Joel Milke baş vermiş hadisəni antisemit terror aktı adlandırıb. Şəhər meri İvan Mayor da eyni versiyanı səsləndirib.

Məlumata görə, iki nəfər avtomobillə Yəhudi muzeyinə gələrək burada olan insanlara atəş açıb.

Son məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb: 3 nəfər hadisə yerində, daha biri isə xəstəxanaya aparılarkən yolda keçinib.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR