“Azərbaycan Dəmir Yolları”-nın təsərrüfatlarına yaz baxışı başlayıb - FOTO

“Azərbaycan Dəmir Yolları”-nın təsərrüfatlarına yaz baxışı başlayıb - <span style="color: red;">FOTO
# 21 aprel 2014 08:05 (UTC +04:00)

Bakı - APA. Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatlarına yaz baxışı başlayıb.

Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun rəhbərliyi ilə başlayan kampaniya 10 gün davam edəcək.

Kampaniyada təsərrüfatların və tikililərin saxlanış vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılır. Böyük-Kəsik stansiyasından başlayan tədbirin sonrakı hərəkət xətti Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı sərnişin, Bakı yük, Keşlə, H. Z. Tağıyev -çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR