“Bank Nikoil”da istehlak kreditlərinin həcmi azalıb

“Bank Nikoil”da istehlak kreditlərinin həcmi azalıb
# 21 aprel 2014 13:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Nikoil”in aktivlərinin həcmi 2014-cü ilin I rübündə 289,862 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,4% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,2% artaraq 228,859 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 89,534 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 16,5% azdır.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 20,053 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqaisədə 66,4% coxdur və kreditlərin 15,317 mln. (76,3%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,26% artaraq 44,2 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 35,5% artaraq 163,58 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 136,632 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 31,2% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 82,7% artaraq 57,061 mln. manata çatdığı halda, nizamnamə kapitalı 53,3% artaraq 34,5 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 16,861 mln. manat, xərcləri isə 1,97 dəfə artaraq 15,639 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 222,11 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 18 filialı, 29 bankomatı, 310 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR