Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 245 nəfərə çatıb

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 245 nəfərə çatıb
# 14 may 2014 18:59 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 245-ə çatıb.

APA-nın “Today’s Zaman”a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Dağıntılar altında olduğu güman edilən 120 nəfərin taleyi barədə hələlik heç bir məlumat yoxdur.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR