Gəncədə məktəblini maşın vurub

Gəncədə məktəblini maşın vurub
# 13 mart 2014 12:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Şəhər sakini, 7-si sinif şagirdi, 14 yaşlı İbrahimov Elmir Zahid oğlu yolu keçmək istəyərkən, 30 yaşlı Nurlan Hüseynovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. E. İbrahimov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR