Ukrayna prezidenti kütləvi aksiyalar zamanı güc tətbiq etməməyə çağırıb

Ukrayna prezidenti kütləvi aksiyalar zamanı güc tətbiq etməməyə çağırıb
# 27 noyabr 2013 11:50 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, prezident deyib ki, dövlətin bütün hüquq pozuntularına və pozucularına reaksiya vermək üçün kifayət qədər gücü var.

Onun sözlərinə görə, Ukrayna və Avropa Birliyi azad iqtisadi zonaya münasibətdə mövqelərini Rusiya ilə üçtərəfli görüşlərdə razılaşdırmalıdır.

Qeyd edək ki, noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ sazişin hazırlanmasını dayandırdığını elan edib. Bildirilib ki, bu sənədin imzalanması Ukrayna üçün Rusiya və MDB bazarlarını itirmək və böyük iqtisadi zərər hesabına başa gələ bilər. Sazişin noyabrın 28-29-da Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində imzalanması planlaşdırılırdı. Hökumətin bu qərarından sonra Ukrayna müxalifəti və avrointeqrasiya tərəfdarları etiraz aksiyalarına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR