Konqoda hərbi aeroport atəşə tutulub

Konqoda hərbi aeroport atəşə tutulub
# 03 yanvar 2014 00:39 (UTC +04:00)

Bakı-APA. Konqonun paytaxtı Kinşasanın yaxınlığındakı “Ndolo” hərbi aeroport naməlum dəstə tərəfindən atəşə tutulub. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Konqonun rəsmi qurumları məlumat yayıb.

Məlumata görə, rəsmi orqanlar hücum edənlərin sayı və məqsədi barədə məlumatsızdır.

Qeyd edək ki, bir neçə gün əvvəl silahlı yeniyetmələrdən ibarət qrup beynəlxalq aeroport, dövlət televiziyası və hərbi bazaya hücum edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Kinşasada qızğın döyüşlər baş verib. Ordu və polis qüvvələrinə qarşı dövlət çevrilişinə cəhd etmiş dini lider Pol Jozef Mukunqubilanın tərəfdarları çıxış edib.

Təhlükəsizlik qüvvələri beynəlxalq aeroport, hərbi baza və dövlət televiziyasına hücum edən 40-dək silahlını məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR