2015-ci il Avropa çempionatının qrup mərhələsinin oyunları Azərbaycanda keçiriləcək

2015-ci il Avropa çempionatının qrup mərhələsinin oyunları Azərbaycanda keçiriləcək
# 22 yanvar 2014 07:07 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında 2015-ci il Avropa çempionatının II təsnifat mərhələsinin qrup oyunlarına ev sahibliyi edəcək ölkələr rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə Azərbaycana etimad göstərib.

Belə ki, millimizin yer aldığı D qrupunun görüşlərinin I dövrəsi ölkəmizdə keçiriləcək. Qarşılaşmaların baş tutacağı şəhərin adı hələ dəqiqləşməsə də, bunun Quba olacağı da istisna deyil. Oyunlar 29 may – 1 iyun aralığında təşkil ediləcək.

Qrupumuzun ilk dövrəsi Bolqarıstanda olacaq. Bu ölkənin komandası ilə yanaşı, Yunanıstan və Portuqaliyanın da yer aldığı “dördlüy”ün matçlarına isə mayın 22-də start veriləcək.

Qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcəklər. İkinci yerin sahibləri isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, CEV bu ilin əvvəlində dünya çempionatının seçmə mərhələsini də Bakıya etibar etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR