Barak Obama İrana qarşı istənilən sanksiyaya veto qoyacağını bəyan edib

Barak Obama İrana qarşı istənilən sanksiyaya veto qoyacağını bəyan edib
# 13 yanvar 2014 08:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ prezidenti İranla “altılıq” ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş anlaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planın yanvarın 20-dən icraya yönəlməsi barədə razılığın əldə olunmasını alqışlayıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Barak Obama bildirib ki, İrana qarşı tətbiq edilmiş tayı-bərabəri olmayan sanksiyalar bu ölkəni müzakirə masasına oturtmağa yardımçı olub.

ABŞ prezidenti həmçinin deyib ki, İranla uzunmüddətli və davamlı müzakirələr müddətində ABŞ Konqresinin bu ölkəyə tətbiq edilməsi nəzərdə tutulan hər hansı bir sanksiyasına veto qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR