Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 11 oktyabr 2013 06:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,40 dollar və ya 1,4% artaraq 1 barelə görə 103,01 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 10-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,74 dollar və ya 2,5% artaraq 111,80 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR