Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin 91 illiyi qeyd olunub - FOTOSESSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin 91 illiyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2014 14:16 (UTC +04:00)

Bakı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünya şöhrətli şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi, bütün türk dünyasının iftixarı Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Azərbaycan xalqının firavanlığının, ölkədə sosial rifah səviyyəsinin yaxşılaşdırılmasının əsas yer tutduğunu vurğulayıb.

S.Müslümov hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi inkişafının dinamik xarakter aldığını konkret göstəricilər əsasında diqqətə çatdırıb və onun hələ sovet dönəmində Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial formalaşdırdığını vurğulayıb. Nazir 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan Heydər Əliyevin 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi kimi böyük tarixi missiyanı məharətlə yerinə yetirməklə yanaşı, ölkədə rifahlı cəmiyyət quruculuğunun banisi olduğunu bildirib.

Nazir Heydər Əliyevin Azərbaycanın firavan gələcəyinə hesablanan inkişaf strategiyasının 2003-cü ildən sonrakı dövrdə prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib. O, son 10 ildə ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlərdən, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib: “Yalnız onu vurğulamaq kifayətdir ki, təkcə 2014-cü ilin ötən dövründə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə prezident tərəfindən 8 fərman və sərəncam imzalanıb”.

Sonda Azərbaycan opera sənəti ustalarının iştirakı ilə konsert olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR