Xaçmazda 32 yaşlı qadın turşudan zəhərlənib

Xaçmazda 32 yaşlı qadın turşudan zəhərlənib
# 29 dekabr 2013 14:27 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonun Qıraqlı kənd sakini 1981-ci il təvəllüdlü Niftəliyeva Natəvan Çələbi qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun evdə hazırlanmış lobya turşusundan zəhərləndiyi məlum olub. Xəstəyə ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR