Ukrayna kanalları “Azərspace-1” peyki vasitəsilə yayımlanacaq

Ukrayna kanalları “Azərspace-1” peyki vasitəsilə yayımlanacaq
# 02 aprel 2014 15:10 (UTC +04:00)

APA-Economics”in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, “UTR”, “Kultura”, “Lvov TV”, “KDRTK” və “ÇP INFO” kimi TV kanallarının daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

Qeyd edək ki, ötən ilin fevral ayında orbitə buraxılmış və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR