Latviyanın sabiq prezidenti: “Putinin davranışı ənənəvi hüquqi çərçivədən kənara çıxır”

 Latviyanın sabiq prezidenti: “Putinin davranışı ənənəvi hüquqi çərçivədən kənara çıxır”
# 03 iyul 2014 12:28 (UTC +04:00)

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa yerli telekanalların birinə müsahibəsində deyib.

“Putinin beynəlxalq əlaqələrə yanaşması ənənəvi yanaşmadan kökündən fərqlənir. Rusiya ilə sıx əməkdaşlıq etmək istəyən Qərb liderləri etiraf etməlidirlər ki, xeyli problemlər mövcuddur”, - deyə o vurğulayıb.

V. Vike-Freyberqa qeyd edib ki, Latviya NATO-ya üzv olmasaydı, təkbaşına özünü qoruya bilməzdi. Bununla belə sabiq prezident əlavə edib ki, digər ölkələrin yardımına da tam etibar etmək olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR