Sabah Bakıda havanın temperaturu 16, bəzi rayonlarda 20 dərəcəyə yüksələcək

Sabah Bakıda havanın temperaturu 16, bəzi rayonlarda 20 dərəcəyə yüksələcək
# 04 mart 2014 09:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 5-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR