Azərbaycanda şəxsiyyət vəsiqələri istirahət günlərində də veriləcək

Azərbaycanda şəxsiyyət vəsiqələri istirahət günlərində də veriləcək
# 23 oktyabr 2013 17:52 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. APA-nın verdiyi məlumata görə, fərmana əsasən Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də şəxsiyyət vəsiqəsinin verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi verən yerli orqanları üçün optimal iş qrafikini təsdiq edəcək və bu barədə prezidentə məlumat verəcək.

Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR