Suriya kimyəvi silahların məhvi məsələsində beynəlxalq müfəttişlərlə sıx əməkdaşlıq edir

Suriya kimyəvi silahların məhvi məsələsində beynəlxalq müfəttişlərlə sıx əməkdaşlıq edir
# 23 oktyabr 2013 08:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Suriya hökuməti ölkədə mövcud olan kimyəvi silahların məhv edilməsi sahəsində beynəlxalq müfəttişlərlə sıx əməkdaşlıq edir. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, bunu Dəməşqə gələn BMT və Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatın birgə missiyasının xüsusi əlaqələndiricisi Siqrid Kaaq deyib. O bildirib ki, Suriya kimyəvi silahlar üzrə konvensiyaya qoşularaq, təyin edilmiş məqsədə çatmaq üçün öz sadiqliyini göstərib.

S. Kaaq eyni zamanda vaxt azlığından da şikayətlənib: “Biz Suriyada kimyəvi silahları 2014-cü ilin ilk yarısına qədər məhv etməliyik. Bu günə kimi 17 obyektdə yoxlamalar keçirilib və 14 obyektdə müfəttişlər kimyəvi silahların istehsalında istifadə olunan avadanlıqları məhv ediblər. Suriya hökumətinə bu işdə göstərdiyi əməkdaşlığa görə təşəkkür edirəm”.

Qeyd edək ki, BMT və KSQT birgə missiyası oktyabrın 1-dən Suriyadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR