ABŞ senatoru Azərbaycan prezidentini təbrik edib

ABŞ senatoru Azərbaycan prezidentini təbrik edib
# 19 oktyabr 2013 13:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, senator təbrik məktubunda təhlükəsizlik və qarşılıqlı regional maraqların təmin olunması istiqamətində Azərbaycanın, ABŞ-ın və müttəfiqlərin səylərini yüksək qiymətləndirib: “Azərbaycan Qafqaz regionunda iqtisadi, enerji, siyasi proseslərdə mühüm rol oynayan ölkədir. Bizim ümumi strateji maraqlarımıza Bakının NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında fəal iştirakı, eləcə də ölkənizin ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda sülhyaratma əməliyyatlarına verdiyi töhfələr daxildir.

Azərbaycan Xəzər dənizinin enerjisi resurslarının nəqlinin şaxələndirilmiş şəbəkəsinin yayılmasında həlledici rola malikdir. Trans-Adriatik boru kəməri layihəsinin reallaşdırılması Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyindəki rolunu daha da artıracaqdır. Mən Sizə Azərbaycan ilə ABŞ arasında davam edən strateji tərəfdaşlığa görə təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR