Bu il “Azəriqaz” qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 3164 ədəd texniki şərt verib

Bu il “Azəriqaz” qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 3164 ədəd texniki şərt verib
# 22 oktyabr 2013 14:57 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məqsədilə fəaliyyətini daha da intensivləşdirib.

Birlikdən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin 9 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 3164 ədəd texniki şərt verilib.

Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 568 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırığı hazırlanıb.


Cari ilin yanvar-sentyabr aylarında “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 3770 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilib. Bunun da 123-ü fərdi yaşayış evləri, 674-ü kənd və qəsəbələrin qazlaşdırılması, 804-ü obyektlərin təmiri, 2134-ü sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 35-i inzibati binalar, anbar binaları və s. tikinti işləri üzrədir.


Müvafiq dövr ərzində fiziki və hüquqi şəxsin müraciəti əsasında hazırlanan 2290, habelə Birliyin sifarişi ilə hazırlanan 1446 layihə-smeta sənədi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR