İSESCO-nun baş direktoru: “Multikulturalizm bugünkü həyatımızın reallığıdır”

İSESCO-nun baş direktoru: “Multikulturalizm bugünkü həyatımızın reallığıdır”
# 01 noyabr 2013 08:14 (UTC +04:00)

Bakı - APA. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və özgünlük: Cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda təşkil olunan dəyirmi masada çıxış edib. APA-nın xəbərinə görə, əl-Tüveycri bildirib ki, bugünkü dünyada qeyri-multikulturalizm qəbul edilən məfhum deyil: "Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Super dövlət olan ABŞ da etnik qruplardan ibarətdir. Multikulturalizm bugünkü həyatımızın reallığıdır. Tolerantlıq sözündən heç xoşum gəlmir. Kimisə hansı millətdən olmasına görə qəbul etməliyəm? Biz düşünürük ki, dünyada qan tökülməsi dayandırılmalıdır. Çalışmalıyıq ki, dünyada sülh və sabitliyi təmin edək. Bu gün dünyada çoxlu sayda məcburi köçkün və qaçqınlar var".

İSESCO-nun baş direktoru onu da qeyd edib ki, multikulturalizmin müsbət tərəfləri təşviq edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR