İsrail daha 26 fələstinli məhbusu azad edib

İsrail daha 26 fələstinli məhbusu azad edib
# 30 oktyabr 2013 04:25 (UTC +04:00)

Bakı-APA. İsrail hakimiyyəti oktyabrın 30-na keçən gecə regionda sülh prosesinin bərpası ilə bağlı əldə olunmuş razılaşmalara müvafiq olaraq daha 26 fələstinli məhbusu həbsdən azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə, amnistiya olunmuş 21 fələstinli mikroavtobuslarla gücləndirilmiş konvoyun müşayiəti ilə İordan çayının qərb sahilinə, 5 nəfər isə Qəzza zolağına yola salınıb. Qeyd olunan ərazilərdə bu hadisə ilə əlaqədar təmtəraqlı qarşılanma mərasimi təşkil olunub.

Qeyd edək ki, azad olunmuş fələstinlilərin hamısı ömürlük cəza da daxil olmaqla uzun müddətli həbs cəzalarına (19-28 ilədək) məhkum olunmuş şəxslərdir. Cinayətlərin əksəriyyəti 1993-cü ildə imzalanmış və fələstinlilərə muxtariyyət gətirmiş “Oslo razıllaşması”ndan əvvəl törədilib.

Qeyd edək ki, bundan əvvəl, avqustda, İsrail 26 fələstinlini azad edib. Ümumilikdə İsrail tərəfi 104 fələstinlini azad edəcəyinə söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR