Putin: “İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt qan tökülməsin”

Putin: “İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt qan tökülməsin”
# 03 dekabr 2013 07:52 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya”ya istinadən xəbərinə görə, bunu İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

O, “Azərbaycan hərbi əməliyyatla başlayarsa, Rusiyanın reaksiyası necə olacaq?” sualını belə cavablandırıb: “Bu cür sözlər ucadan nə qədər səslənsə, münaqişənin sülh yolu ilə nizamlanması üçün şərait bir o qədər əlverişsiz olacaq. Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın yerləşən və Rusiya ilə sıx əlaqələrə malik olan bölgədə heç vaxt qan axmasın”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR