"Ural Hava Yolları" Yekaterinburq-Bakı aviareysi açır

"Ural Hava Yolları" Yekaterinburq-Bakı aviareysi açır
# 04 oktyabr 2013 07:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti oktyabr ayının sonundan etibarən yeni Yekaterinburq-Bakı aviareysi açır.

Bakı aeroportundan “APA-Economics”ə verilən məlumata görə, Yekaterinburqdan Bakıya və əks istiqamətə reyslər həftənin cümə axşamları saat 15:25-də və bazar günləri saat 20:00-də həyata keçiriləcək.

Uçuşlar ekonom və biznes-klass salonları ilə təchiz edilmiş “Airbus 320” təyyarələri ilə yerinə yetiriləcək. Yekaterinburqdan Bakıya və əks istiqamətə biletlərin qiyməti 475 AZN-dən başlayır.

Qeyd edək ki, “Ural Hava Yolları” aviaşirkəti Rusiyanın altı ən aparıcı aviaşirkətləri sırasına daxildir. Şirkət 2012-ci ildə 3,5 mln.-dan artıq sərnişinə xidmət göstərib və 170-dən artıq istiqamət üzrə uçuşlar həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR