Azərbaycan Beynəlxalq Lüksemburq Bazarına dəvət edilib

Azərbaycan Beynəlxalq Lüksemburq Bazarına dəvət edilib
# 14 noyabr 2013 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ayın sonunda Lüksemburqda ənənəvi Beynəlxalq Lüksemburq Bazarı təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbir noyabrın 30-da başlayacaq və iki gün davam edəcək. Bu tədbirdə hər il 50-dən çox ölkə öz mədəniyyətini, mətbəxini və bir sıra məhsullarını nümayiş etdirir və 25-30 min insan tədbiri ziyarət edir.

Lüksemburq-Azərbaycan Ticarət Palatası Azərbaycan iş adamlarını tədbirdə iştiraka dəvət edir. Sahibkarlar Beynəlxalq Lüksemburq Bazarında iştirak edərək öz məhsullarını Avropa alıcılarına nümayiş etdirə bilərlər.

Ətraflı məlumat almaq üçün Lüksemburq-Azərbaycan Ticarət Palatasının vitse-prezidenti Seymur Əhmədova müraciət etmək olar (tel:+352691775557).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR