Bakıda “Əsgər atası” filminin rəngli variantının təqdimatı keçiriləcək

Bakıda “Əsgər atası” filminin rəngli variantının təqdimatı keçiriləcək
# 08 may 2013 08:10 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Mayın 24-25-də Bakıda görkəmli gürcü rejissoru Rezo Çxeidzenin çəkdiyi məşhur “Əsgər atası” filminin rəngli variantda nümayişi olacaq. Bu barədə APA-nın Gürcüstan müxbirinə prodüsser İnesa Avaliani məlumat verib. O bildirib ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və ARDNŞ-in təşəbbüsü və təşkilatçılığı ilə həyata keçiriləcək: “”Əsgər atası” filminin Hollivudda böyük ekranda rəngli variantı işlənərək hazırlanıb. Film sanki yenicə çəkilib. Biz filmə böyük ekranda baxdıq və onun rəngli variantının yüksək keyfiyyətlə alınmasına çox sevindik”.

Prodüsser əlavə edib ki, filmin Bakıda nümayişi Gürcüstanın Müstəqillik Gününə təsadüf edəcək: “Biz filmin yeni variantda təqdimatını ölkəmizin müstəqillik gününə həsr edəcəyik. Bizimlə birlikdə yaradıcı heyət də Bakıya gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR