“Unibank” bankomatlarından pulu kartsız çıxarmaq mümkün olacaq

“Unibank” bankomatlarından pulu kartsız çıxarmaq mümkün olacaq
# 02 iyul 2014 10:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Artıq bankomatlardan kart olmadan da pul çıxarmaq olur. “Unibank” bank xidməti sahəsində daha bir yeniliyə imza atıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank” plastik kartlarında tətbiq olunan “Cash by Code” xidmətinin aktivləşdirilməsi, müştərilər üçün bankomatların yeni bir imkanını üzə çıxarıb.

“Cash by Code” - asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.

Vəsaitlərin göndərilməsi və alınması “MilliKart”da xidmət olunan və “Cash by Code” xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar. Bu çox sadədir.

Müştəri bankomatda “Cash by Code” xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifrə (1-ci hissə) əks olunmuş qəbz çap edilir. Vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifrə (2-ci hissə) göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır. Məbləği bankomatdan məxaric etdikdə heç bir komissiya tutulmur.

Yalnız “Unibank” kartı vasitəsilə köçürmə edən müştəridən 1% (min. 1 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR