Belarus Dövlət Sərhəd Komitəsinin rəisi Azərbaycana gələcək

Belarus Dövlət Sərhəd Komitəsinin rəisi Azərbaycana gələcək
# 04 sentyabr 2013 09:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Belarus Dövlət Sərhəd Komitəsinin rəisi Aleksandr Boeçko sentyabrın 8-də Azərbaycana gələcək. APA-nın məlumatına görə, səfər çərçivəsində o, sentyabrın 9-da Bakıda keçiriləcək MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısında iştirak edəcək.

Belarus Sərhəd Qoşunlarının komandanı səfər çərçivəsində azərbaycanlı həmkarı Elçin Quliyev ilə iki ölkə arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR