Şəkidə xərçəng xəstəsi olan qadın özünü asıb

Şəkidə xərçəng xəstəsi olan qadın özünü asıb
# 30 may 2014 07:38 (UTC +04:00)

Şəki rayon-şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.

Rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Mərhəmət Süleyman qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib. Mərhəmət Rüstəmovanın üç övladının olduğu və son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR