"21 Azər" Hərəkatının ildönümü ilə bağlı dəyirmi masa keçirilib

"21 Azər" Hərəkatının ildönümü ilə bağlı dəyirmi masa keçirilib
# 09 dekabr 2013 12:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ümid Partiyasının təşkilatçılığı ilə “21 Azər” Hərəkatı”ın ildönümünə həsr olunan “Tariximizin 21 Azəri” adlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada əvvəlcə "21 Azər" Hərəkatını əks etdirən qısametrajlı sənədli film təqdim edilib.

Dəyirmi masada çıxış edən şəxslər hərəkatın Azərbaycan tarixində önəmli rol oynadığını bildiriblər. Çıxışçılar qeyd ediblər ki, həmin gün uzun illərdən bəri İran hakimiyyətinin əsarət altında saxladığı və milli zülmə məruz qoyduğu Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizəyə qalxdı. Başda görkəmli siyasi xadim Seyid Cəfər Pişəvəri olmaqla Azərbaycanın tanınmış demokratik düşüncəli fədailəri mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokrat Partiyasını yaratdılar. Dekabrın 12-də isə Cənubi Azərbaycan Demokratik Respublikası elan olundu.

Tədbirdə Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, yazıçı Həmid Herisçi və başqaları da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR