Bakıda bağlı qapı arxasında huşsuz vəziyyətdə olan qadın xilas edilib

Bakıda bağlı qapı arxasında huşsuz vəziyyətdə olan qadın xilas edilib
# 15 fevral 2014 12:37 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadın köməksiz vəziyyətdə qaldığı məlum olub. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək, içəri daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş huşsuz vəziyyətdə aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:24-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR