Azərbaycanda Ukrayna Mədəniyyət günləri başlayır

Azərbaycanda Ukrayna Mədəniyyət günləri başlayır
# 17 iyun 2013 12:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ukrayna hər zaman Azərbaycanla dost ölkə olub və bizi bir çox tarixi və müasir hadisələr bağlayır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofey Koxan deyib. O bildirib ki, qardaş və dost ölkələr arasında hər zaman sülh və anlaşma olmalıdır və Azərbaycan-Ukrayna münasibətlərində bu, mövcuddur: “Çətin günlərdə biz hər zaman bir-birimizin yanında olmuşuq. Ukraynanın iqtisadi problemlərində Azərbaycan hər zaman bizə kömək əlini uzadıb. Biz sizi sevir, gördüyünüz işləri yüksək qiymətləndirir və bundan sonra da hər zaman birlikdə olacağımıza inanırıq”.

Nazir müavini qeyd edib ki, bu gündən Azərbaycanda Ukrayna Mədəniyyət günləri başlayır. İyunun 19-dək davam edəcək mədəniyyət günləri çərçivəsində P. Virski adına rəqs ansamblının konserti, “Ukrayna bu gün” adlı foto-sərgi və “Kəhrəba mozaikalar” unikal kulturoloji layihəsinin təqdimatı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR