Azərbaycan Silahlı Qüvvələrində NATO günləri keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrində NATO günləri keçiriləcək
# 01 noyabr 2013 12:26 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan-NATO əməkdaşlıq proqramları çərçivəsində Bakıda bir sıra tədbirlər keçiriləcək. Noyabrın 18-dən 22-dək Bakıda NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanmış partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda təlim kursu, noyabrın 25-dən 28-dək isə NATO-nun Nortvudakı HDQ Komandalığının mobil təlim qrupunun "Hərbi Dəzniz Qüvvələri zabitləri üçün təlim kursu" təşkil olunacaq.

Noyabrın 18-dən 22-dək isə NATO ekspert qrupu Tərəfdaşlıq Təlim və Təhsil mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə Azərbaycana səfər edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR