Fransa XİN rəhbəri: “İranın dünya ictimaiyyətinə yönəlik yeni diplomatik yanaşmasına təmkinlə baxırıq”

Fransa XİN rəhbəri: “İranın dünya ictimaiyyətinə yönəlik yeni diplomatik yanaşmasına təmkinlə baxırıq”
# 18 oktyabr 2013 14:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fransa İranın dünya ictimaiyyətinə yönəlik yeni diplomatik yanaşmasına təmkinlə baxır.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius bildirib.

Onun sözlərinə görə, rəsmi Paris Tehranın həssas fəaliyyətlərində konkret təkliflər görməyi gözləyir: “Biz gerçək dəyişikliklər gözləyirik. İran haqqında bildiklərimiz və bu ölkənin ali dini liderinin dəyişmədiyi diqqətə alınaraq Fransa təmkinli şəkildə Tehranın yeni yanaşmasını qəbul etmək məcburiyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR