Xalq artisti Ramiz Məlik əməliyyat olunacaq

Xalq artisti Ramiz Məlik əməliyyat olunacaq
# 05 fevral 2014 12:41 (UTC +04:00)

Xəstəxanadan APA-ya verilən məlumata görə, uzun müddət böyrək kistasından əziyyət çəkən xalq artisti Ramiz Məlikin üzərində planlaşdırılan böyrək kistasının laparoskopik eksiziyası üzrə əməliyyat 2 saata yaxın davam edəcək.

Əməliyyat Azərbaycanda laparoskopik uroloji əməliyyatlar sahəsində ilkə imza atan uzman həkim, uroloq Rəşad Məmmədovun rəhbərliyi altında keçiriləcək.

Məlumata görə, MNX-na 2 həftə öncə müraciət edən xalq artisti Ramiz Məlik sağ tərəfində kəskin ağrılardan şikayət edib. Həkimlər kompleks müayinə apararaq, onun sağ böyrəyin səthində kistanın olduğunu müşahidə ediblər. Ramiz Məlikə əməliyyat olunması tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR