Nepalda avtobus çaya düşüb: 14 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Nepalda avtobus çaya düşüb: 14 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 06 fevral 2014 07:32 (UTC +04:00)

Bakı – APA. Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində 14 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu haqda yerli hakimiyyət orqanlarının nümayəndələri bildiriblər.

Məlum olub ki, 12 nəfər hadisə yerində ölüb, daha 2 nəfər isə xəstəxanada vəfat edib.

Qəza paytaxt Katmandudan 320 kilometr şimal-şərqdə yerləşən Çidipani yaşayış məntəqəsi yaxınlığında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR