Gənc tədqiqatçılar fizika elminin nanotexnologiya sahəsi barədə məlumatlandırılıb

Gənc tədqiqatçılar fizika elminin nanotexnologiya sahəsi barədə məlumatlandırılıb
# 08 fevral 2014 08:15 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə «Yüksək texnologiyaların materialı - Qrafen. Xassələri, tətbiqləri» mövzusunda seminar keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, seminarın keçirilməsində məqsəd gənc tədqiqatçıların fizika elminin nanotexnologiya sahəsindən məlumatlı olmalarını və bu sahədə elmi biliklərini genişləndirməyi təmin etməkdir.

Tədbirdə innovasiya sektorunun professoru, məruzəçi Hüseyn Orucov mövzunun aktuallığından danışaraq karbonun çoxatomlu təbəqəsi olan qrafen haqqında məlumat verib. O bildirib ki, təbiətdə ən nazik və ən möhkəm material olan qrafen 2004-cü ildə britaniyalı fiziklər A.Geyn və K.Novoslov tərəfindən kəşf olunub. 2010-cu ildə isə alimlər bu ixtiralarına görə Nobel mükafatına layiq görülüblər.

H.Orucov vurğulayıb ki, 2013-cü ildə qrafenin xassələrini tədqiq etmək məqsədilə İsveçin Çalmers Universitetinin professoru Jare Kenareteyə qrant layihəsi çərçivəsində 1 mlrd. avro ayrılıb.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR