ABŞ dövlət katibinin köməkçisi Gürcüstan XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

ABŞ dövlət katibinin köməkçisi Gürcüstan XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
# 07 dekabr 2013 23:38 (UTC +04:00)

Bakı-APA. Gürcüstan XİN rəhbəri Maya Pandjikidze dekabrın 7-də ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ilə görüşüb.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, XİN açıqlamasına əsasən, görüşdə ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin və ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland iştirak ediblər.

Görüşdə tərəflər Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası, regional məsələlər, ikitərəfli Gürcüstan-ABŞ münasibətlərini müzakirə ediblər.

Bundan başqa, diplomatlar Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində 9-13 dekabr tarixində Vaşinqtonda keçiriləcək növbəti görüş barədə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR