Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb
# 27 oktyabr 2013 19:18 (UTC +04:00)

Bakı-APA. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

BŞBPİ-dən APA-ya daxil olan məlumata görə, Milli Şura Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib: “ Saat 16.15-dən 17.15-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib”.

Məlumatda bildirilib ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR