“Əl-Hayat”: Suriyada 60 mindən çox xarici ölkə vətəndaşı döyüşür

“Əl-Hayat”: Suriyada 60 mindən çox xarici ölkə vətəndaşı döyüşür
# 07 fevral 2014 09:15 (UTC +04:00)

APA-nın “Əl-Həyat” qəzetinə istinadən verdiyi məlumata görə, xaricdən gəlmiş döyüşçülər həm Bəşər Əsəd hökuməti tərəfində, həm də müxalifətin hərbi birləşmələrinin tərkibində vuruşur.

Xarici ölkələrdən gələnlərin əksəriyyəti – 40 min nəfər B.Əsədə sadiq ordunun sıralarında döyüşür. Mənbənin bildirdiyinə görə, bunlar əsasən İran, İraq, Livan, Yəmən, Əfqanıstan, Azərbaycan və Pakistandan gəlmiş şiə döyüşçüləridir. Onların əksəriyyəti İranın Pasdaran vilayətində “Əl-Qüds” briqadasında təlim keçib.

Hökumət əleyhinə döyüşənlər isə əsasən Liviya, Tunis, Əlcəzair, Mərakeş və bəzi Avropa ölkələrindən gəlib. Onların ümumi sayı 20 minə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR