İran prezidentliyinə namizəd: “ABŞ kukla bir rejimi hakimiyyətə gətirmək istəyir”

İran prezidentliyinə namizəd: “ABŞ kukla bir rejimi hakimiyyətə gətirmək istəyir”
# 29 may 2013 07:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə proqramı ətrafında yaranmış problem texniki problem deyil”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidentliyinə namizəd Məhəmməd Qərəzi bildirib.

O deyib ki, İranın nüvə proqramı ABŞ-la İran arasında tamamilə siyasi bir mövzudur: “İran xalqı nüvə enerjisindən yararlanmaq məsələsində əsla geri addım atmayacaq”.

M.Qərəzi həmçinin vurğulayıb ki, ABŞ-ın İrana qarşı təzyiq və sanksiyalarının məqsədi ölkədəki şəriət qaydalarına əsaslanan dini idarəçilik sistemini devirmək və kukla bir rejimi hakimiyyətə gətirməkdir. Eyni zamanda İran prezidentliyinə namizəd islahatçılar düşərgəsinə mənsub olan namizədlər Həsən Ruhani və Məhəmmədrza Arifin xeyrinə seçki marafonundan geri çəkilməyəcəyini də deyib.

M.Qərəzi bununla bağlı qərarını İran Konstitusiyasına Nəzarət Şurasına (Şura-ye Negəhban) yazılı olaraq bildirdiyini də vurğulayıb.

Qeyd edək ki, M.Qərəzi 1961-ci ildə Tehran Universitetinin “Elektronika” fakültəsində bakalavr dərəcəsi alıb. 1981-1985-ci illərdə hazırda iki ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri Mirhüseyn Musəvinin baş nazirliyi dövründə neft naziri, 1985-1997-ci illərdə Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə poçt və teleqraf naziri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR