“Naşir” jurnalının yeni sayı işıq üzü görüb

“Naşir” jurnalının yeni sayı işıq üzü görüb
# 23 iyul 2013 12:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. “Naşir” jurnalının yeni sayı işıq üzü görüb. APA-nın məlumatına görə, jurnalın bu sayında Cahangir Məmmədlinin, Elnur Baimovun müsahibələri, Vahid Qazinin “Ağdam Qafqaz Xirosiması”, Səlahəddin Xəlilovun “Kitabın həyat yolu” və s. yazıları dərc olunub. Bundan başqa jurnalda uşaqlar üçün qədim Misir nağılı olan “Şir və siçan”, S.M. Qənizadənin Mirzə Ələkbər Sabir haqqında yazdığı xatirəsi də yer alıb.

Qeyd edək ki, “Naşir” jurnalı Naşirlər və Poliqrafçılar İctimai Birliyinin mətbu orqanıdır. Jurnalın nəşr olunmaqda məqsədi kitabın nüfuzunun bərpa edilməsinə yardım etmək, nəşriyyat-poliqrafiya müəssisələrinin işinin yüksəldilməsinə, onların əlaqələrinin möhkəmləndirilməsinə, ölkədə kitab yayımının artmasına təkan vermək, tanınmış yazıçılarımızın görünməyən, bilinməyən tərəfləri ilə oxucuları daha yaxından tanış etmək, kitab mədəniyyətinin təbliği və oxucu zövqünün formalaşmasına kömək etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR