Bakıda tapılan mərmi partladılıb - VİDEO

Bakıda tapılan mərmi partladılıb - <span style="color: red;">VİDEO
# 06 dekabr 2013 09:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, ötən gün tapılan mərmi bu gün səhər saatlarında Hacı Zeynalabdin Tağıyev qəsəbəsində partladılıb.

Qeyd edək ki, döyüş sursatı paytaxtın Yasamal rayonunda aşkarlanıb. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə baxış keçirilərkən müəyyən olunub ki, 1 ədəd 82 millimetrlik mina atan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər. Əməliyyat saat 20:23-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR