Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 23 sentyabr 2013 08:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin avqust ayı üzrə 107,0% təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatı əsasında apardığı hesablamalarına görə, bu göstərici iyulla müqayisədə 2,5 faiz bəndi çoxdur.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəriciyə bölünməklə hesablanır. Göründüyü kimi, indeks artmaqla yanaşı, 100%-dən yuxarı səviyyədədir ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.

Belə ki, avqust ayında əhaliyə 555,1 mln. manat həcmində pullu xidmətlər göstərilib, iyul ayında isə bu həcm 518,9 mln. manata enib. Müqayisə üçün, iyun ayında bu göstərici 496,6 mln. manata bərabər olub.

Ümumilikdə yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3,856 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur. Xidmətlər ÜDM-də 10,3%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR