ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb

ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb
# 16 may 2014 12:35 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 395 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 387 m3/s və ongünlük normanın 52 faizini təşkil edib.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 114 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.


Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Bankədə 2 sm artım, Salyanda 4 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR