Yuğ Teatrı yeni teatr mövsümünə sentyabrın 20-də başlayacaq

 Yuğ Teatrı yeni teatr mövsümünə sentyabrın 20-də başlayacaq
# 16 sentyabr 2013 09:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Dövlət Yuğ Teatrı yeni teatr mövsümünü sentyabrın 20-də Polşa yazıçısı Slavomir Mrojekin pyesi əsasında səhnələşdirilmiş “Sərhəddə” tamaşası ilə açacaq. APA-nın məlumatında görə, tamaşa beynəlxalq layihə çərçivəsində hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Tomas Leşçinski, quruluşçu rəssamı Elena Lola Lolidir.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Qasım Nağı, Oqtay Mehdiyev, Ər-Toğrul Kamalov və Emil Məlikov rol alıblar.

Teatrdan bildiriblər ki, sentyabrın 28-də isə Anton Çexovun “Mərc” tamaşası nümayiş etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR