Cenevrədə Ukraynaya dair danışıqlarda tərəflər hələlik konsensusa gələ bilməyiblər

Cenevrədə Ukraynaya dair danışıqlarda tərəflər hələlik konsensusa gələ bilməyiblər
# 17 aprel 2014 18:34 (UTC +04:00)

Bakı-APA. Cenevrədə Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı keçirilən danışıqlarda tərəflər yekun sənədə dair hələlik konsensusa gələ bilməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə danışıqlardakı mənbə bildirib.

Məlumata görə, diplomatlar Ukrayna böhranını artıq 7 saatdan çox müzakirə edirlər. Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında arabir baş tutan təkbətək görüşlər səbəbindən məsləhətləşmələrdə bir neçə dəfə fasilə elan olunub.

Danışıqlarda Rusiyanı Sergey Lavrov, ABŞ-ı Con Kerri, AB-ni – Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton, Ukraynanı isə XİN rəhbəri səlahiyyətlərini icra edən Andrey Deşitsa təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR