ARDNŞ-in dövlət büdcəsinə ödənişləri 15% artıb

ARDNŞ-in dövlət büdcəsinə ödənişləri 15% artıb
# 11 oktyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin sentyabr ayında dövlət büdcəsinə 135 178 000 manat vəsait ödəyib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayına nisbətən 12,7% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 185 092 000 manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% çox olub.

Bundan əlavə, bu ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 024 000 manat vəsait köçürüb. Bu, ötən ilin sentyabr ayına nisbətən 1,8% çox olub. Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 120 112 000 manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1,2% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR