Prezident İlham Əliyev: “Azərbaycan humanitar fəlakətlə üzləşib”

Prezident İlham Əliyev: “Azərbaycan humanitar fəlakətlə üzləşib”
# 31 oktyabr 2013 07:29 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. “Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz uzun illərdir, ermənilərin işğalı altındadır. Azərbaycan humanitar fəlakətlə üzləşib. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib.

Dövlət başçısı ATƏT-in iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərdiyini, onların sənədlərində də Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığının əksini tapdığını qeyd edib: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına ciddi zərbə vurur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR